AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN QARANTIDIR. Heydər Əliyev.

Xalqımızın Ümumilli Lideri Heydər Əliyev həm də öz ailəsinə göstərdiyi qayğı və diqqətlə seçilmiş, milli – mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm vermişdir. Dünya arenasında həm siyasi, həm də iqtisadi cəhətdən yüksək nüfuza malik olan müstəqil dövlətimizdə hər gün nikaha daxil olan cütlükləri xoşbəxt gələcək gözləyir.DSC00059

15 may Beynəlxalq Ailə günü Respublikamızda geniş şəkildə qeyd olundu.Tədbirlərin davamı olaraq 16 may 2014-cü il tarixdə Gəncə şəhəri Heydər Əliyev mərkəzində Xocalı rayon Kosalar kənd sakini Adullayev Zaur Zakir oğlu və İsrəfilova Nərmin Afiz qızının nikah mərasimi keçirilmişdir. Nikah mərasimi Xocalı rayon İHB – nın Kosalar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Humanitar məsələlər üzrə müavini Lamiyə xanım Qarayevanın iştirakı ilə baş tutmuşdur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq hər iki tərəfin qarşılıqlı razılığı əsasında bu nikah qeyd edilmişdir.
Hazırladı: Tofiq Məmmədov
Xocalı rayon Yaloba kənd Tarix-
Diyarşünaslıq Muzeyinin direktoru.

Bir şərh yazın